ASELSAN Naxçıvanda zavod açacaq

30 Sentyabr 2026 18:44 (UTC+04:00)

Türkiyənin ASELSAN şirkəti Naxçıvanda zavod açacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün sosial media hesabında paylaşımında bildirib.

O, qeyd edib ki, ASELSAN ilə NOVASIS arasında Naxçıvanda zavodun yaradılmasına dair ilkin razılaşma əldə edilib.