Times Higher Education Dünya Universitetləri Reytinqi 2027 (THE WUR 2027) açıqlanıb.
THE WUR 2027-də universitetlərin sayı 2191-dən 2297-ə, ölkələrin sayı isə 115-dən 118-ə artıb. Rəqabətin artmasına baxmayaraq, UNEC dünya universitetləri arasında irəliləməkdə davam edir və dünyada 701-800-cü ən yaxşı universitet səviyyəsinə yüksəldi.
Bu göstərici ilə UNEC Azərbaycanda və Cənubi Qafqazda birinci, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə isə 13-cü ən yaxşı universitetdir.
