Dr.Günay Əhmədova “Tiroid və paratiroid xəstəliklərinin menecmenti məktəbi” tədbirində təqdimatla çıxış edib
26 sentyabr 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin USM həkimi Günay Əhmədova “Tiroid və paratiroid xəstəliklərinin menecmenti məktəbi” adlı elmi-praktik tədbirdə “Tiroid USM: yalnız tiroidi görmək kifayətdirmi? Radioloqun boyun USM-də sistemli yanaşması” mövzusunda təqdimatla çıxış edib.
Dr.Günay Əhmədova təqdimatda tiroid və paratiroid xəstəliklərinin diaqnostikasında ultrasəs müayinəsinin rolu, boyun nahiyəsinin qiymətləndirilməsinə sistemli yanaşmanın əhəmiyyəti barədə ətraflı məlumat verib. Tədbir çərçivəsində tiroid və paratiroid xəstəliklərinin müasir diaqnostikası və müalicəsi ilə bağlı aktual məsələlər müzakirə olunub, müxtəlif klinik yanaşmalar və müasir tibbi təcrübələr barədə fikir mübadiləsi aparılıb.