Biləsuvarda kütləvi ZƏHƏRLƏNMƏ - 10 nəfər xəstəxanalıq oldu

30 Sentyabr 2026 05:04 (UTC+04:00)

Biləsuvar rayonunda keçirilən əsgər yolasalma mərasimində iştirak edən Cəlilabad sakinləri qidadan zəhərləniblər.

SİA Teleqraf-a istinadən xəbər verir ki, mərasimdən sonra evlərinə qayıdan ailə üzvlərinin səhhətində narahatlıq yaranıb.

İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə 10 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların arasında uşaqların da olduğu bildirilir.

Hadisəyə mərasim zamanı yeyilən paytaxt salatının səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Mətləb