Türkiyədə traktor aşıb, 23 xəsarər alan var

30 Sentyabr 2026 02:25 (UTC+04:00)

Türkiyədə daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib. "TRT Haber"in məlumatında deyilir ki, Balıkəsir vilayətində traktorun qoşqusu aşıb, 23 nəfər xəsarət alıb.

Verilən məlumata əsasən, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Əraziyə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb