Mərakeş Kralı VI Məhəmməd 50 yaşlı Fatimə əl-Mənsurini hökumət başçısı təyin edib. O, krallıq tarixində bu vəzifəni tutan ilk qadın olub. Bu barədə "Associated Press" Kral sarayının bəyanatına istinadən məlumat yayıb.
Təyinatından əvvəl həm də Marrakeşin meri vəzifəsini tutan Mənsuriyə yeni hökuməti formalaşdırmaq tapşırılıb.
Onun hökumətinin 2030-cu il futbol üzrə dünya çempionatı ilə bağlı layihələrə milyardlarla dollar investisiya yatıracağı, eyni zamanda, inflyasiya ilə mübarizə, əməkhaqqının artırılması və yeni iş yerlərinin yaradılması ilə bağlı vədləri yerinə yetirəcəyi gözlənilir.
Mətləb