Qazaxın azad edilmiş ərazilərində söküntü işləri aparılacaq -AÇIQLAMA

30 Sentyabr 2026 04:06 (UTC+04:00)

İşğaldan azad olunmuş Qazax rayonu Aşağı Əskipara və Bağanıs Ayrım kənd yaşayış məntəqələrində söküntü işlərinə start verilir. SİA-nın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq prosedura start verilib.

Layihədə nəzərdə tutulan işlərin həyata keçirilməsinə 258 min 560 manat xərclənməsi planlaşdırılır.

Xatırladaq ki, hər iki kənd 2024-cü il mayın 24-də Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən nəzarətə götürülüb.

Mətləb