Slovakiyanın müdafiə naziri Bakıya gəlib

29 Sentyabr 2026 23:03 (UTC+04:00)

Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak Azərbaycanda səfərdədir.

Robert Kalinak Bakıda Slovakiya Respublikasının Konstitusiya Günü və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən qəbulda iştirak edir.

Robert Kalinak Bakı Ekspo Mərkəzində "ADEX" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə qatılacaq.

Mətləb