Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb

29 Sentyabr 2026 17:17 (UTC+04:00)

Tu-95 təyyarəsi Amur vilayətində təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya MN hadisə nəticəsində 6 nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını təsdiqləyib.

Məlumata görə, təyyarədə döyüş sursatı olmayıb.