Pensiyaların indeksasiyası diferensial qaydada həyata keçirilə bilər.
SİA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, yeni islahat tədbirləri çərçivəsində əmək pensiyalarının indeksasiya mexanizminin təkmilləşdirilməsi təklif olunur.
Layihəyə əsasən, pensiyaların vahid rəqəmlə deyil, diferensial formada indeksləşdirilməsi nəzərdə tutulur. Belə ki, orta aylıq əməkhaqqına qədər olan pensiyalara əvvəlki qaydada indeksasiya faizinin tam tətbiqi, bu həddən yuxarı olan pensiyaların isə yalnız yüksək hissəsinə 0,2 və 0,5 əmsallarının tətbiq edilməsi təklif olunur.
Nazirlikdən qeyd olunub ki, bu dəyişiklik pensiya təminatı sistemində sosial ədalətin gücləndirilməsinə və minimum pensiya məbləğlərinin artırılması imkanlarının genişləndirilməsinə şərait yaradacaq.