Hərbçilərin maaşları 10-50 faiz artırıla bilər.
SİA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, yeni qanun layihəsində hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər nəzərdə tutulur.
Belə ki, hərbi qulluqçuların vəzifə və hərbi rütbələrindən asılı olaraq əməkhaqlarının 10 faizdən 50 faizədək, orta hesabla xalis əməkhaqqının isə 23 faizədək artırılması təklif olunur.
Bu məqsədlə ayrılacaq ümumi illik əlavə vəsaitin 550 milyon manat təşkil edəcəyi bildirilir. Yeni əməkhaqqı sistemində xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığının nəzərə alınması nəzərdə tutulur.