Alsu tatar kökləri ilə fəxr etdiyini bildirib…

29 Sentyabr 2026 18:05 (UTC+04:00)

...Müğənni Alsu Rusiya Müsəlmanlarının Ruhani Məclisinin 10 illiyinə həsr olunmuş "İmanın gücü millətlərin birliyindədir" adlı qala gecəsində iştirak etdikdən sonra təəssüratlarını sosial mediada paylaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, tədbir üçün sənətçi ağ müsəlman üslubunda libas seçib və bu, tamaşaçılarda coşğuya səbəb olub.

…Və pərəstişkarları "MaşaAllah", "Möhtəşəm" və "Necə belə qüsursuz şık bir qadın ola bilərsiniz" şərhlərini yazıblar.

Alsu da öz növbəsində tatar kökləri ilə fəxr etdiyini etiraf edib.

…Mən həmişə köklərim haqqında qürurla danışıram və inanıram ki, musiqi millətindən və dinindən asılı olmayaraq insanları birləşdirmək gücünə malikdir, - deyə müğənni vurğulayıb.

Nazlı Almuradova