Nazir Mingəçevir Reqatasının işğaldan azad olunmuş ərazilərdə artıq üçüncü dəfə keçirildiyini bildirib.
“Sevindirici haldır ki, yarışda müxtəlif ölkələrdən idmançılar iştirak edirlər. Bu il reqatada 12 ölkənin təmsilçiləri mübarizə aparırlar. İnanırıq ki, gələcək illərdə yarış daha da genişlənəcək. Ümid edirəm ki, gələcəkdə həm Köndələnçayda, həm də Mingəçevirdə Avropa və dünya çempionatları keçiriləcək”, - nazir qeyd edib.
Fərid Qayıbov son olaraq idmançılara uğurlar arzulayıb.