Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu - YENİLƏNİB

29 Sentyabr 2026 01:03 (UTC+04:00)

UEFA Millətlər Liqasının 2-ci turunda keçirilən Türkiyə - İtaliya matçı sürpriz nəticə ilə yekunlaşıb. Bursa şəhər stadionunda keçirilən qarşılaşma İtaliya millisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin ağır məğlubiyyəti ilə yekunlaşan oyunda qonaqlar 4:1 hesabı ilə inamlı qələbə qazanıblar. İtaliya yığmasının heyətində Alessandro Bastoni (9'), Davide Frattezi (22'), Maykl Kayode (27') və Pio Esposito (50') fərqləniblər. Türkiyə milli komandasının yeganə təsəlli qolunu isə 47-ci dəqiqədə Barış Alper Yılmaz vurub.

Bu nəticədən sonra İtaliya millisi xallarını artıraraq qrupda mövqeyini möhkəmləndirib, Türkiyə milli komandası isə doğma azarkeşləri önündə ağır məğlubiyyətlə barışmalı olub.

Mətləb