Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP sədrinin müavini Fatma Betül Sayan Kaya ilə bağlı yayılan məlumatları şərh edərkən sərt fikirlər səsləndirib.
SİTAT: "Heç kim bizi başqaları ilə qarışdırmasın. Heç kim bizi milyardlarla lirəlik korrupsiya hallarını müdafiə etmək üçün meydan-meydan, şəhər-şəhər gəzənlərlə müqayisə etməsin. Biz onlara bənzəmirik.
Bizim qırmızı xəttimiz əziz millətimizdir. Söhbət millətimizdən gedəndə mövqeyimiz bəllidir. Biz nə haqq yeyərik, nə də vətəndaşın haqqının tapdalanmasına göz yumarıq”, - Ərdoğan vurğulayıb.
Mətləb