Dumanın yeni sədri kim olacaq? - iki namizəd açıqlandı

29 Sentyabr 2026 00:03 (UTC+04:00)

Rusiya Dövlət Dumasının sədri vəzifəsinə iki namizəd irəli sürülüb: Vahid Rusiyadan Vyaçeslav Volodin və Rusiya Kommunist Partiyasından Dmitri Novikov.

SİA xəbər verir ki, bu barədə ilk plenar iclası hazırlayan müvəqqəti parlament işçi qrupunun sədri Viktor Pinski bildirib.

O vurğulayıb ki, müvəqqəti işçi qrupu Dövlət Duması sədrinin seçilməsi məsələsini açıq səsvermə yolu ilə həll etməyi təklif edib: "Deputat yalnız bir namizədə səs verir. Bunun üçün elektron səssayma sistemindən istifadə etmək təklif olunur".

Qeyd edək ki, Rusiya Dövlət Dumasının son sədri Vyaçeslav Volodin olub.

Mətləb