FTB-nin direktor müavini istefa verdiyini açıqlayıb

28 Sentyabr 2026 20:37 (UTC+04:00)

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Endryu Beyli istefa verdiyini açıqladı.

SİA xəbər verir ki, bu barədə o öz “X” hesabında məlumat verib.

"Nailiyyətlərimizdən böyük qürur hissi ilə istefa verdiyimi və Missuridəki ailəmin yanına qayıtdığımı elan edirəm", - o yazıb.

Qeyd edək ki, Beyli əvvəllər Missuri Baş prokuroru vəzifəsində çalışıb.

Beyli o cümlədən Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patelin FTB-də islahatları davam etdirəcəyinə, zorakı cinayətkarlıqla mübarizə aparacağına, ölkəni qoruyacağına, güclü hesabatlılığı təmin edəcəyinə və quruma ictimai etimadın bərpa ediləcəyinə əminliyini bildirib.