Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II AzərbaycanBeynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmışdünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı vəinvestisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkilolundu.
Cənab Prezident İlham Əliyev də tədbirdə iştirak etdi. Tədbirdəmoderatorun suallarını cavablandıran ölkə başçısı cənab İlham Əliyev bildirdi ki, biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsiledən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlıtərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq:
"Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır".
Ölkə başçısının səsləndirdiyi fikirlərin əyani göstəricisi olaraqbildirək ki, Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalqİnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar vətərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olaninvestisiya layihələrini əhatə edən 23 sənəd imzalandı.
Eyni zamanda, İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilənForum müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobalinvestorları, beynəlxalq maliyyə institutlarının, beyinmərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir arayagətirdi.
"Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobalbağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsrolunmuş forumda qlobal iqtisadi gündəm, investisiyaperspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafındageniş fikir mübadiləsi aparıldı.
Ölkə başçısının da vurğuladığı kimi, Azərbaycanın regional bağlantı və investisiya imkanları, Orta Dəhlizin inkişafperspektivləri, sənaye və azad iqtisadi zonalar, süni intellekt vərəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik əsasmüzakirə mövzularını təşkil edib. Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərində yeni imkanlar yaratmaq üçün mövcud potensialı təqdim olundu. Eynizamanda, Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişlivə dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdəetibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirdi.
Ən əsası, Azərbaycanın investisiya, istehsal, innovasiya vəregional dəyər zəncirlərinin inkişafı baxımından malik olduğupotensial geniş auditoriyaya təqdim olundu. Eləcə də, ölkəmizinxarici sərmayələr üçün açıq, əlverişli və dayanıqlı iqtisadimühitə malik olduğu, strateji layihələrin həyata keçirilməsindəetibarlı tərəfdaş kimi mövqeyi diqqətə çatdırıldı.
Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərləimzalanmış 23 sənədə əsasən ümumi dəyəri 10,8 milyard ABŞ dolları həcmində investisiya layihələrinin reallaşdırılmasınəzərdə tutulur. İmzalanmış sənədlər süni intellekt, enerji, o cümlədən bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı vədigər istiqamətləri əhatə edir. Bu ilin iyun ayında keçirilmişBakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərəalınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatacaq. Bu, investorların Azərbaycanaartan inamının və ölkəmizin investisiya məkanı kimicəlbediciliyinin yüksəldiyinin aydın göstəricisidir. Bu miqyasdainvestisiyalar iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, əlavə dəyərin vəməşğulluğun artırılmasına mühüm töhfələr verir.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri