Ukraynalılar argentinalı muzdlunu əsir götürüb...

28 Sentyabr 2026 18:51 (UTC+04:00)

...Argentina vətəndaşı Ukrayna əsirliyindədir. İki uşaq atası olan 37 yaşlı İbrahim Roberto Yamil, “Facebook”-da "yüksək maaşlı iş" elanı vasitəsilə Rusiya tərəfindən işə götürülüb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Yaşamaq istəyirəm” layihəsi onun hekayəsinin təfərrüatlarını paylaşıb.

2026-cı ilin aprel ayında Yamil “Facebook” lentində səhifələrini gəzdirərkən bir elana cavab verib, daha sonra Latın Amerikasından olan muzdlular üçün WhatsApp qrupuna əlavə edilib.

Pasportu olmayıb, amma işəgötürən tez bir zamanda sənədləri, vizanı və biletləri hazırlayıb. 11 apreldə argentinalı Roma və İstanbul vasitəsilə Moskvaya uçub, sonra kolumbiyalılarla birlikdə Voronej bölgəsindəki təlim poliqonuna gedib.

May ayında o, 272-ci Motoatıcı Alayında sıravi əsgər kimi Limansk istiqamətinə göndərilib.

Rusiya ordusu xarici muzdlulardan "hücum yemi" kimi istifadə edir. 6 iyulda Yamil yaralanıb və üç həftə xəstəxanada yatıb.

Qismən sağalan əsgər 347-ci Motoatıcı Alayının "şikəst tağımına" köçürülüb və avqustun ortalarında təslim oldu. "Yaşamaq istəyirəm" verilişinə görə, argentinalı müqaviləni imzaladığı üçün 10.000 dollar alıb. Hazırda o, 55 ölkədən muzdlu əsgərlərlə birlikdə hərbi əsir düşərgəsindədir və mübadiləyə ümid edir, lakin onun sözlərinə görə, Rusiya "əcnəbilərə əhəmiyyət vermir".

Əli Babayev