Xaçmazda iki "Jiquli" toqquşub - 9 nəfər xəsarət alıb

28 Sentyabr 2026 04:06 (UTC+04:00)

Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çarxı kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA "Report"a istinadən xəbər verir ki, VAZ-2107 və VAZ-2106 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində doqquz nəfər ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Mətləb