Dekabrda Serbiyada prezident seçkiləri keçiriləcək - AÇIQLAMA

28 Sentyabr 2026 03:22 (UTC+04:00)

"Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək." Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefasını açıqlayarkən bildirib.

"Dekabrın sonunadək prezident seçkilərinin birinci turu keçirilməlidir. Bundan əvvəl isə, bildiyiniz kimi, oktyabrın 25-də parlament seçkiləri keçiriləcək", - Vuçiç deyib.

O, istefa qərarının səbəbinə də toxunaraq, oktyabrda keçiriləcək parlament seçkilərinə adi vətəndaş kimi qatılmaq istədiyini vurğulayıb.

Mətləb