Ukraynanın paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub.
Mətbuatda yer alan məlumata görə, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Aşur Bəhlul oğlu Əkbərovdur. Əslən Azərbaycanın Lənkəran rayonundan olan Aşur Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib və hadisə yerində həyatını itirib.
Mətləb