Aleksandr Vuçiç istefa verdi -TƏCİLİ

27 Sentyabr 2026 23:03 (UTC+04:00)

Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. SİA xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb.

"İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib.

Xatırladaq ki, A. Vuçiç 2017-ci ildən Serbiya prezidentidir. Onun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatmalı idi. Lakin o, oktyabrın 25-nə təyin edilmiş növbədənkənar parlament seçkisi ərəfəsində vaxtından əvvəl istefa verib. Vuçiç seçki kampaniyasında "Vahid Serbiya - Aleksandar Vuçiç" siyahısının lideri kimi iştirak edir.

Vuçiçin istefasından sonra prezident səlahiyyətlərini Xalq Skupşinasının (birpalatalı parlament) sədri Ana Brnabiç icra etməlidir. Növbədənkənar prezident seçkisi dövlət başçısının səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdən sonra ən geci üç ay ərzində keçirilməlidir.

Mətləb