İrandan uran ETİRAFI - "60%-ə qədər zənginləşdiririk"

27 Sentyabr 2026 22:31 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi "NBC News" telekanalının efirində mühüm fikirlər səsləndirib. O qeyd edib ki, İranın uranı 60%-ə qədər zənginləşdirməsi yalnız dinc məqsədlər üçün həyata keçirilir və Tehranın nüvə silahlarının yayılmaması haqqında müqavilə çərçivəsində öhdəliklərinə tam uyğundur.

SİTAT: "Biz uranı dinc məqsədlər üçün 60%-ə qədər zənginləşdiririk və bu, nüvə silahlarının yayılmaması haqqında müqavilə çərçivəsində öhdəliklərimizə uyğundur. Biz müqaviləni pozmuruq", - o, deyib.

Mətləb