İtaliya millisinin müdafiəçisi "Atalanta"da qaldı

27 Sentyabr 2026 17:18 (UTC+04:00)

İtaliya millisinin mərkəz müdafiəçisi Corco Skalvini "Atalanta" ilə müqaviləsinin müddətini uzadıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yeni müqavilə 5 il - 2031-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Müqavilənin maliyyə təfərrüatları açıqlanmır.

Skalvini "Atalanta"nın yetirməsidir və 2021-ci ildən əsas komandada çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə ümumilikdə 144 matçda iştirak edib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.

Skalvininin aktivində İtaliya millisinin heyətində keçirdiyi 9 oyun da var. 22 yaşlı müdafiəçinin transfer dəyəri 38 milyon avro qiymətləndirilir.