Laçında və Kəlbəcərdə şəhidlərimizin xatirəsi anılıb VIDEO

27 Sentyabr 2026 15:05 (UTC+04:00)

27 Sentyabr – Anım Günü ilə əlaqədar Laçın və Kəlbəcər rayonlarında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

SİA xəbər verir ki, saat 12:00-da nəqliyyat və piyadaların hərəkəti dayandırılıb, avtomobillər səs siqnalları verib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.