Suraxanı rayonunda şəhid məzarları ziyarət edilib

27 Sentyabr 2026 14:00 (UTC+04:00)

27 Sentyabr – Anım Günü ərəfəsindəSuraxanı rayonunda Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canındankeçərək şəhidlik zirvəsinə ucalmışqəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramlayad edilib.

SİA xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıAdil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Qaya Məmmədov, RİHB-nin müavinləri, idarə, müəssisə, təşkilat rəhbərləri və nümayəndələri, rayon ictimaiyyəti Bakıxanov, Bülbülə, Əmircan, Yeni Suraxanı, Binə, Hövsan, Zığ və Qalaqəsəbələrində şəhidlərimizin məzarlarını ziyarətedib, önünə gül dəstələri düzüblər.

Ziyarətlər zamanı şəhidlərin ruhuna dualaroxunub, onların ailələrinə və yaxınlarına dərinhüznlə başsağlığı verilib.

Şəhid ailələri ilə görüşən Rayon İcraHakimiyyətinin başçısı Adil Əliyev onlara səbirdiləyərək bildirib ki, Azərbaycanın ərazibütövlüyünün və suverenliyinin təmin olunmasıuğrunda qəhrəmancasına döyüşərək canındankeçmiş şəhidlərimizin göstərdikləri misilsiz şücaətvə fədakarlıq xalqımız tərəfindən heç zamanunudulmayacaq.

Qeyd olunub ki, 44 günlük Vətənmüharibəsində qazanılan tarixi Zəfər Azərbaycanxalqının birliyinin, Ordumuzun qüdrətinin vəqəhrəman övladlarımızın Vətənə sonsuzsədaqətinin təntənəsidir. Bu möhtəşəm Zəfərinqazanılmasında canlarını fəda edən şəhidlərimizinxatirəsi dövlətimiz və xalqımız tərəfindən daimuca tutulur, onların ailələri hərtərəfli diqqət vəqayğı ilə əhatə olunur.

RİH başçısı vurğulayıb ki, Vətən uğrundacanından keçən qəhrəmanlarımızın şərəfli həyatvə döyüş yolu gələcək nəsillər üçün əslvətənpərvərlik, mərdlik və qəhrəmanlıqnümunəsidir. Şəhidlərimizin müqəddəs xatirəsixalqımızın qəlbində əbədi yaşayacaq və daimböyük ehtiramla yad ediləcək.