Böyük Britaniyanın Qlosterşir qraflığında ABŞ hərbçilərinin istifadə etdiyi hava bazası yaxınlığında bir sıra evlər təxliyə edilib, bir neçə nəfər isə partlayıcı maddələrlə bağlı qanunvericiliyi pozmaqda şübhəli bilinərək saxlanılıb, SİA xarici mənbələrə istinadən xəbər verir.
Polisin məlumatına görə, Uelford yaşayış məntəqəsindəki bəzi evlərin sakinləri yaxınlıqdakı istirahət mərkəzinə köçürülüb. Hadisə yerində Britaniya ordusunun partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri bir neçə nəqliyyat vasitəsini araşdırır.
Uelford ABŞ qüvvələrinin istifadə etdiyi RAF Fairford hərbi hava bazasının yaxınlığında yerləşir. Bu baza ABŞ hərbçilərinin İrana qarşı əməliyyatlarda istifadə etdiyi obyektlərdən biri olub.