Qazaxıstan prezidenti müdafiə nazirini vəzifəsindən kənarlaşdırıb

27 Sentyabr 2026 11:52 (UTC+04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 28-də Xəzər dənizində keçirilən hərbi-dəniz təlimləri zamanı 14 hərbçinin həlak olmasından sonra müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib, SİA xarici mənbələrə istinadən xəbər verir.

Prezidentin mətbuat xidməti Kosanovun vəzifədən çıxarılması barədə məlumat yayıb. Kosanov 2025-ci ildə müdafiə naziri təyin edilmiş və bu ayın əvvəlində Tokayev tərəfindən yenidən həmin vəzifəyə təsdiqlənmişdi.

Hadisə sentyabrın 24-də Qazaxıstanın Manqistau vilayətində baş verib. Hərbi-dəniz təlimləri zamanı 17 hərbçi Xəzər dənizinə düşüb. Onlardan 14-ü həlak olub, 3 nəfər isə xilas edilib.

Hadisə ilə bağlı cinayət işi açılıb və Müdafiə Nazirliyinin 5 əməkdaşı, o cümlədən Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi və baş komandanın birinci müavini saxlanılıb.

İlkin məlumata görə, hava şəraitinin pisləşməsi zamanı hərbçilər qayıqdan düşərkən dənizə düşüblər. Tokayev sentyabrın 26-da hadisəni və Müdafiə Nazirliyindəki vəziyyəti hərtərəfli araşdırmaq üçün komissiyanın yaradılmasına göstəriş verib.

Araşdırma zamanı təlimlər zamanı baş verən hadisənin səbəbləri və hərbçilərin təhlükəsizliyi ilə bağlı görülən tədbirlər nəzərdən keçiriləcək.