Pezeşkian Məkkə Sazişini müsbət addım adlandırdı

27 Sentyabr 2026 09:31 (UTC+04:00)

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər. Bunu İran Prezidenti Məsud Pezeşkian “Əl-Cəzirə” televiziyasına müsahibəsində bildirib.

Razılaşmanın İrana qarşı olub-olmadığı soruşulduqda, Pezeşkian deyib ki, bunun müsəlmanların döyüşmək əvəzinə, yan-yana oturub İslam birliyinə nail olmasına doğru bir addım olması mümkündür.