Güclü fırtına 75 min insanı işıqsız qoydu

27 Sentyabr 2026 02:02 (UTC+04:00)

ABŞ-ın şimal-şərq bölgələrini cənginə alan güclü fırtına on minlərlə insanın işıqsız qalmasına səbəb olub.

SİA xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Məlumata əsasən, Nyu-York, Nyu-Cersi, Konnektikut və Massaçusets ştatlarında təxminən 75 min sakin elektrik enerjisindən məhrum olub.

Pis hava şəraiti şənbə günü yüzlərlə aviareysin ləğvinə də səbəb olub. Problemlər, xüsusilə, Bostonda yerləşən "Loqan" beynəlxalq hava limanında müşahidə olunub.