Naxçıvanda kişi arvadını və baldızını BIÇAQLAYIB

27 Sentyabr 2026 01:22 (UTC+04:00)

Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb. SİA "Report"un yerli bürosuna istinadən xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib.

Belə ki, mübahisə zəminində 1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu həyat yoldaşı, 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızını və baldızı, 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızını bıçaqlayıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Mətləb