İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubundakı Secuda rayonunda şiə "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbə endirib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Əsgər heyəti üçün təhlükə yaradan silahlar aşkar edildikdən sonra SAXAL Livanın cənubundakı Secuda rayonunda "Hizbullah"ın silah anbarına zərbə endirib", - deyə bəyanatda bildirilib.
Mətbuat xidməti qeyd edib ki, zərbə təhlükənin aradan qaldırılması məqsədilə endirilib. SAXAL-ın məlumatına görə, obyektdə Livanın cənubundakı təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı hücumlarda istifadə edilən silahlar saxlanılırdı.
Mətləb