Ağcabədidəki yol qəzasında 2 qardaş vəfat edib

26 Sentyabr 2026 22:19 (UTC+04:00)

Ağcabədidə iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlum olub ki, ağır yol qəzası rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil qarşıdan gələn “Hunday” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində VAZ-2107-də olan Poladlı kənd sakinləri 1970-ci il təvəllüdlü Tələt İsfəndiyar oğlu Cəfərov və 1966-cı il təvəllüdlü Novruz İsfəndiyar oğlu Cəfərov dünyasını dəyişiblər.

Qəza zamanı digər "Hunday" markalı avtomobildə olan Ağcabədi rayon Aşağı Avşar kənd sakini 2004-cü il təvəllüdlü Həsən Füzuli oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb