CNN: Çin qurumları İrana kömək edir...

26 Sentyabr 2026 17:42 (UTC+04:00)

...Çin qurumlarının İrana təqdim etdiyi peyk görüntüləri və kəşfiyyat məlumatlarının Tehranın ABŞ hərbi obyektlərinə və regiondakı gəmilərə qarşı zərbələri daha dəqiq həyata keçirməsinə kömək etdiyi bildirilir.

SİA-nın əldə etdiyi məlumata görə,CNN bu barədə ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Telekanalın danışdığı mənbələrin sözlərinə görə, Çin tərəfindən verilən peyk görüntüləri və digər məlumatlar İranın son aylarda hədəfləmə imkanlarının əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək edib.

CNN-in məlumatına görə, Çin kəşfiyyat dəstəyi iyul ayında İordaniyada yerləşən ABŞ hərbi bazasına endirilən zərbədə də rol oynayıb. Həmin hücum nəticəsində üç ABŞ hərbçisi ölüb.

Məlumata görə, Çin peyk məlumatları İranın Hörmüz boğazında ABŞ və digər ölkələrə məxsus gəmiləri izləməsinə və onların mümkün hədəf kimi müəyyənləşdirilməsinə də kömək edir.

Bununla belə, ABŞ kəşfiyyatı Çindəki qurumların bu fəaliyyəti Pekinin birbaşa göstərişi ilə həyata keçirib-keçirmədiyini müəyyən edə bilməyib. CNN-in məlumatına görə, Çin tərəfi əvvəllər İrana hərbi məqsədlə peyk məlumatlarının verilməsi ilə bağlı ittihamları rədd edib.