Azərbaycan və “Global Infrastructure Partners” arasında investisiya imkanları müzakirə olunub

26 Sentyabr 2026 15:01 (UTC+04:00)

Azərbaycan və “Global Infrastructure Partners” arasında investisiya imkanları müzakirə olunub.

SİA xəbər verir ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə GIP arasında əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin investisiya imkanları və regional layihələrdə iştirak məsələləri müzakirə olunub.

Tərəflər Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı imkanlar barədə fikir mübadiləsi aparıblar. Azərbaycanın nəqliyyat-logistika infrastrukturu və rəqəmsal imkanlarının beynəlxalq investisiyalar üçün yaratdığı perspektivlər diqqətə çatdırılıb.

Logistika, ənənəvi və bərpa olunan enerji, rəqəmsal infrastruktur və data mərkəzləri istiqamətində birgə investisiya imkanları nəzərdən keçirilib.