Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Apollo" upstream layihələrinə investisiya imkanlarını araşdıracaq.
Bu barədə SOCAR-ın məlumatında bildirilir.
"SOCAR ilə “Apollo” şirkəti arasında “upstream” işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu “Apollo”nun idarə etdiyi fondlar tərəfindən SOCAR-ın “upstream” işlənmə və hasilat layihələrindəki paylarına mümkün investisiyanın qiymətləndirilməsi və strukturlaşdırılmasını nəzərdə tutur", -deyə məlumatda qeyd olunur.
Vurğulanıb ki, bu məqsədlə birgə işçi qrupların yaradılması, hüquqi, maliyyə və texniki yoxlamanın aparılması və yekun sazişlərin hazırlanması planlaşdırılır.