Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qala gecəsi təşkil olunub - FOTOLAR

26 Sentyabr 2026 14:11 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qala gecəsi təşkil edilib.

SİA xəbər verir ki, qala gecədə müxtəlif ölkələri təmsil edən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə instutlarının, beyin mərkəzlərinin nümayəndələri və biznes liderləri iştirak ediblər.

Tədbirdə Azərbaycan musiqisinin nümunələri səsləndirilib.