"Abşeron" yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı qəbul edilib

26 Sentyabr 2026 13:48 (UTC+04:00)

Azərbaycanın "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı qəbul edilib.

SİA xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, "TotalEnergies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolya Terraz və ADNOC/XRG-nin İcra Ofisi Direktorluğunun direktoru Omar Əl-Suveydi SOCAR, XRG və "TotalEnergies" arasında imzalanmış sənədi mübadilə ediblər.

Mərasim sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutub.