15 sentyabrdan bəri müvəqqəti olaraq dayandırılan Rusiyadan Ermənistana təbii qaz tədarükü cümə günü bərpa edilib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, "25 sentyabr tarixindən etibarən Şimali Qafqaz - Transqafqaz magistral qaz kəməri vasitəsilə Ermənistana təbii qazın tədarükü bərpa olunub. Rusiya Federasiyası ərazisində göstərilən qaz kəmərində planlı, profilaktik və təmir işləri kompleksinin həyata keçirilməsi ilə əlaqədar qaz nəqli müvəqqəti olaraq dayandırılıb ", - məlumatda deyilir.
Bu şirkət əvvəllər bildirmişdi ki, göstərilən müddət ərzində Ermənistan istehlakçılarına fasiləsiz qaz təchizatı məhdudiyyətsiz - daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına həyata keçiriləcək.
Xatırladaq ki, bu həftə media orqanları Rusiyanın Ermənistanın Aİ ilə tərəfdaşlıq qurmaq istəyi ilə bağlı ona qaz ultimatumu verdiyini bildirib. İddia olunurdu ki, Moskva Yerevana qarşı dörd siyasi tələb irəli sürüb və yerinə yetirilmədiyi təqdirdə 1 noyabrdan etibarən qaz təchizatını tamamilə dayandırmaqla hədələyib. Mənbələr bildiriblər ki, xüsusilə böyük bir "qəza" və ya fors-major baş verə bilər və bundan sonra təchizat bərpa olunmayacaq.
Hazırda Ermənistan demək olar ki, tamamilə Rusiyadan gələn qazla ehtiyaclarını ödəyir. 2025-ci ildə "Qazprom" ölkəyə təxminən 2,7 milyard kubmetr qaz tədarük edib. Hər il daha 476 milyon kubmetr İrandan gəlir. Rusiya Ermənistana qazı min kubmetr üçün 177,5 dollar qiymətinə tədarük edir. Qazın qiyməti 2026-cı ilin sonuna qədər qüvvədə olan müqavilədə müəyyən edilib.