İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qala gecəsi təşkil edilib.
SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qala gecəsi təşkil edilib.
Qala gecəsində müxtəlif ölkələri təmsil edən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələri və biznes liderləri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan musiqisinin nümunələri səsləndirilib.
Qeyd edək ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın investisiya imkanlarının təşviqi, beynəlxalq investorlarla əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyır.