Qarşıdakı dövrdə dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri işəgötürənlər və dövlət qurumları arasında davamlı əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi olmalıdır.
SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çıxışında deyib.
O bildirib ki, təhsil, biznes və dövlət arasında səmərəli əlaqələndirmə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsində mühüm rol oynayır.
Nazirin sözlərinə görə, bu əməkdaşlığın inkişafı məşğulluğun artırılmasına və daha rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına imkan verə bilər.