Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri bacarıqlı işçi qüvvəsinin formalaşdırılmasıdır.
Azərbaycanın qarşısında duran mühüm istiqamətlərdən biri iqtisadiyyatın inkişafı üçün zəruri olan geniş bilik və bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılmasıdır.
SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.
Nazir qeyd edib ki, bu yanaşma gənclər üçün yeni imkanların yaradılmasına və onların əmək bazarında uğurlu reallaşmasına xidmət edir.
Onun sözlərinə görə, istedadlı kadrların hazırlanması universitetlərdə başlayır, onların potensialının praktik müstəvidə reallaşdırılması isə əmək bazarında təmin olunur.