“Layihənin inkişafında beynəlxalq tərəfdaşlarla əməkdaşlıq mühümdür” -EMİN AĞALAROV

26 Sentyabr 2026 11:46 (UTC+04:00)

Layihənin inkişafında beynəlxalq tərəfdaşlarla əməkdaşlıq mühümdür.

“Sea Breeze” layihəsinin inkişafında beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verilir.

SİA xəbər verir ki, bunu “Sea Breeze” layihəsinin sahibi və təsisçisi Emin Ağalarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bildirib.

O qeyd edib ki, müxtəlif tərəfdaşların və yeni brendlərin layihəyə cəlb olunması onun inkişaf imkanlarını genişləndirir.

Emin Ağalarovun sözlərinə görə, tərəfdaşların birgə və əlaqələndirilmiş fəaliyyəti layihənin təşviqinə, satış imkanlarının artırılmasına və yeni investorların cəlb edilməsinə şərait yaradır.

“Sea Breeze” layihəsinin sahibinin fikrincə, tərəfdaşların təcrübəsi və peşəkarlığı layihənin gələcək inkişafında mühüm rol oynayır.