Sea Breeze layihəsinin inkişafı davam edir -EMİN AĞALAROV

26 Sentyabr 2026 11:44 (UTC+04:00)

Sea Breeze layihəsinin inkişafı davam edir.

Sea Breeze layihəsinin inkişafı mərhələli şəkildə davam etdirilir.

SİA xəbər verir ki, bunu “Sea Breeze” layihəsinin sahibi və təsisçisi Emin Ağalarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.

Emin Ağalarov bildirib ki, layihənin ümumi ərazisi 80 kvadratkilometrdir və indiyədək ərazinin təxminən 10–15 faizi inkişaf etdirilib.

Onun sözlərinə görə, layihənin inkişafı prosesində ilkin baş plana yenidən nəzər salınıb və ərazinin kompleks şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur.