Bir sıra aparıcı beynəlxalq şirkətlər iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirirlər.
SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, hazırda Azərbaycanda investorlar üçün əlverişli investisiya mühiti formalaşıb.