İnvestisiya sahəsində həyata keçirilən layihələr və imzalanan müqavilələr Azərbaycanın neft-qaz sektorunun inkişafına mühüm töhfə verib.
SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib.
Dövlətimizin başçısı bildirib ki, 30 il əvvəl imzalanmış müqavilələr bu gün də dəyişməz olaraq qalır. Prezident İlham Əliyev müqavilələrin heç bir müddəasının dəyişdirilmədiyini vurğulayaraq bunun investorların ölkəyə cəlb olunması baxımından mühüm amil olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın hazırda çox güclü investisiya portfeli formalaşıb.