Azərbaycan üzərindən daşımaları həyata keçirən təchizatçılar Xəzər dənizi vasitəsilə bərə xidmətlərindən də istifadə etməlidirlər.
SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib.
Dövlətimizin başçısı bildirib ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində daşımalar həyata keçirmək istəyənlər Azərbaycan marşrutunu seçməlidirlər. Prezident İlham Əliyev Azərbaycanın mühüm nəqliyyat qovşağı olduğunu vurğulayaraq qeyd edib ki, ölkə hər iki əsas dəhlizin – Şərq-Qərb və Şimal-Cənub marşrutlarının fəal iştirakçısı olan azsaylı dövlətlərdəndir.