"Moskvaya Putinlə danışıqlara get" - Putindən Zelenskiyə şok təklif

26 Sentyabr 2026 03:22 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya getməyi təklif edib. "Bloomberg"in xəbərində deyilir ki, Tramp təklifi bu həftə irəli sürüb.

Qeyd edək ki, daha əvvəl Zelenski Trampın analoji təkliflərini dəfələrlə rədd edib.

Agentliyin mənbələrinin məlumatına görə, Zelenski bu təklifi də rədd edib. Onların sözlərinə görə, ABŞ Prezidentinin xahişi Ukrayna liderinin narazılığına səbəb olub.

Mətləb