"Süni intellekt 1 milyard insanı ÖLDÜRƏCƏK" - Bill Qeytsdən AÇIQLAMA

26 Sentyabr 2026 02:02 (UTC+04:00)

"Maykrosoft”un qurucusu Bill Qeyts NBC telekanalına müsahibəsində süni intellekt texnologiyalarından bədniyyətli insanların istifadə etməsinin son dərəcə ağır nəticələrə səbəb ola biləcəyini bildirib. B. Qeyts müsahibəsində süni intellektin potensial risklərindən danışıb.

SİTAT: “Süni intellekt, şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri törətmək üçün kifayət qədər gücə malikdir”, – o bildirib.

Qeyts bunu süni intellekt texnologiyalarının “pis niyyətli” insanların əlinə keçməsi ehtimalı ilə əlaqələndirib.

Mətləb